Xocalı sakinləri Eynulla Fətullayevin əleyhinə aksiya keçiriblər
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xocalı sakinləri Eynulla Fətullayevin azadlığa buraxılmasının əleyhinə şüarlar səsləndiriblər. Onlar E. Fətullayevi vətən xaini adlandırıb, onun Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb ediblər.
Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə yazdığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində “Diasetil-morfi” (heroin), “Amfetaminil” narkotik vasitələri və “Flunitrozepam-M” psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan “Diasetil-morfi”, “Amfetaminil” və psixotrop dərman vasitəsi olan “Benzodiazepin”dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.
Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərara əsasən məhkəmə E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək jurnalistin dərhal həbsdən azad edilməsini tələb edib. Azərbaycan hökuməti E. Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından narazı qaldığından Böyük Palataya müraciət edib.
Bu il iyulun 6-da isə Qaradağ rayon Məhkəməsi jurnalist Eynulla Fətullayevi daha 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Təqsirləndirilən şəxs rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Hazırda Bakı Apellyasiya Məhkəməsində jurnalistin şikayətinə baxılır.

1101