Qətlə yetirilən iş adamının oğlunu polis saxlayıb
Sentyabrın 15-də yaşadığı evdə meyiti aşkarlanan Nəcimə Babayevanın böyük oğlu Cavid Həbibovu polis saxlayıb. Xaçmaz rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, Cavid Həbibov müvəqqəti saxlama təcridxanasında saxlanılır.
Rayon prokuroru Rasim Məlikov hadisə ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.
Xaçmaz rayon məhkəməsinin sədri Əlövsət Paşayev Lent.az-a faktla bağlı məhkəmənin hər hansı bir şəxs barəsində həbs qəti imkan tədbiri görülməsi ilə bağlı qərar qəbul etmədiyini deyib.
Meyiti müayinə edən tibbi ekspert Çingiz İsgəndərov meyitin xarici müayinəsi zamanı mərhumun bədənində iti alətlə kəsilmiş deşilmiş yaraların olduğunu söyləyib.
Qeyd edək ki, sentyabrın 15-də saat 12.30 radələrində rayonun Muskal küçəsi 15 ünvanında yerləşən “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın meyiti yaşadığı üçmərtəbəli şəxsi həyət evinin birinci mərtəbəsində tapılıb. Onun meyitini evi təmizləməyə gələn qulluqçusu aşkarlayıb və bu barədə dərhal N. Babayevanın üçüncü mərtəbədə yaşayan qızı Gülnarəyə məlumat verib. Daha sonra isə hadisə yerinə rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları gəlib.
Vəli Turan

611