Rövşən Lənkəranski yenə tutuldu
15 sentyabr 2010 17:04 (UTC +04:00)

Rövşən Lənkəranski yenə tutuldu

APA-nın “Praym Kraym” agentliyinə istinadən verdiyi məlumata görə, 35 yaşlı Rövşən Canıyev sentyabrın 15-də səhər Kiyevin dəmir yolu vağzalında Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Ukraynaya Moskva-Kiyev qatarı ilə gəlibmiş.


R.Canıyev onu qarşılayan əməliyyat işçilərinə öz fotosu vurulmuş və Əliyev soyadlı şəxsin adına hazırlanmış saxta pasport təqdim edib. Hazırda onun Azərbaycana ekstradisiya edilməsi məsələsinə baxılır.


Qeyd edək ki, R. Canıyev son illərdə üçüncü dəfədir, Kiyevdə həbs edilir. O, sonuncu dəfə ötən il dekabrın 3-də saxlanılaraq dekabrın 12-də Azərbaycana ekstradisiya olunub. Bu il yanvarın 29-da Bakıda onun məhkəməsi başlayıb. Dövlət ittihamçısı 12 il azadlıqdan məhrumetmə cəzası istəsə də, məhkəmənin qərarı ilə R. Canıyevə 2 il 9 ay müddətinə həbs cəzası verilib. Həbsdə qaldığı müddət hesablanaraq o, məhkəmə zalından azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493

Oxşar yazılar