Qırğızıstanda tutulan soydaşımız ölkəni tərk edib
14 sentyabr 2010 17:31 (UTC +04:00)

Qırğızıstanda tutulan soydaşımız ölkəni tərk edib

Bişkek hadisələri zamanı həbs olunan “Flexi Communications” şirkətinin təsisçisi və baş direktoru, həmyerlimiz, jurnalist Vüqar Xəlilov Bişkek şəhər məhkəməsinin ilk məhkəmə instansiyasının qərarını qüvvədə saxlaması ilə əlaqədar bəyanat yayıb. Vüqar Xəlilovun vəkili Artyom İvanovun APA-ya verdiyi məlumata görə, soydaşımız artıq Qırğızıstan ərazisini tərk edib. Vüqar Xəlilov bəyanatında Qırğızıstanı şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə tərk etdiyini bildirib: “Şəxsi təhlükəsizliyimi təmin etmək və müalicə olunmaq üçün Qırğızıstan ərazisini tərk etmişəm. Sentyabrın 7-də Bişkek şəhər məhkəməsi Pervomaysk rayon prokurorluğunun etirazını nəzərdən keçirərək birinci məhkəmə instansiyasının – Pervomaysk rayon məhkəməsinin mənə bəraət verilməsi barədə qərarını qüvvədə saxlayıb. Qərarın dərhal qüvvəyə minməsinə və məhkəmə zalından azadlığa buraxılmağıma baxmayaraq, şəhər prokurorluğu Britaniya pasportumu geri qaytarmaqdan imtina edir və heç bir əsas olmadan pasportumu qaytarmır.

Etibarlılığı şübhə doğurmayan mənbələr məni xəbərdar etdilər ki, bu kimi hallarda mənə qarşı qanunsuz hərəkətlərini davam etdirmək istəyən qüvvələr guya yeni dəlillərin ortaya çıxması ilə əlaqədar yeni cinayət işi başlaya, yaxud cinayətkar qruplaşmalar pul tələb etmək məqsədilə məni oğurlaya bilərlər. Bu şəraitdə mənə gözləməməyi və Qırğızıstanı tərk etməyi məsləhət gördülər”.
Vüqar Xəlilov hüquqlarının qorunması ilə bağlı Qırğızıstan prezidentinə və hüquq-mühafizə orqanlarına etdiyi çoxsaylı müraciətlərin cavabsız qaldığını bildirib: “Beynəlxalq hüquq normalarının, o cümlədən Qırğızıstan qanunlarının qorunması tələbi, səhhətimin kəskin şəkildə pisləşməsi ilə əlaqədar müalicəmə şərait yaradılması xahişi ilə prezident Roza Otunbayeva və şəhər prokurorluğunun rəhbərliyinə etdiyim çoxsaylı müraciətlər cavabsız qalıb.
Qanunsuz saxlandığım və həbsdə olduğum dövrdə şəhər prokurorluğunu müstəntiqləri mənim hüquqlarımı kobud şəkildə pozaraq vəkilimlə və Britaniya konsulu ilə görüşümə şərait yaratmayıblar.
Bəyan edirəm ki, mənə qarşı başlanmış cinayət işi tam şəkildə quramadır və heç bir əsasa malik deyil. Əslində şəhər prokurorluğunu müstəntiqləri məndən peşəkar fəaliyyətim çərçivəsində olmayan məsələlərlə bağlı məlumatlar almaq istəyirdilər.
Mənim sifarişli həbsimin və istintaqın bu cür davranışının əsas səbəblərindən biri bəzi jurnalistlər və müəyyən yerli və xarici kütləvi informasiya vasitələrinin məqsədyönlü şəkildə faktları saxtalaşdırması, mənim və şirkətim barədə böhtan xarakterli materiallar yayması və bununla da yalnız ictimai rəy formalaşdırması idi.
Bütün bunlar həyatım üçün təhlükə yaradıb, vətəndaş hüquqlarımın pozulmasına, səhhətimə xələl gəlməsinə, maddi və mənəvi zərərə uğramağıma, işgüzar nüfuzuma zərər vurulmasına, “Flexi Communications” şirkətinə maddi zərər dəyməsinə səbəb olub. Şirkətin fəaliyyəti iflic vəziyyətinə düşüb.
Vəkillərim müəyyən şəxslərə və kütləvi informasiya vasitələrinə qarşı məhkəmə iddiası qaldırmaq məsələsini araşdırırlar.
Mən qəti şəkildə kütləvi informasiya vasitələrində şəxsən özümün və “Flexi Communications” şirkətinin adının Qırğızıstanın sabiq hakimiyyəti və hökuməti ilə bir kontekstdə çəkilməsinə etiraz edirəm. Bundan sonra da öz adımın və şirkətimin adının heç bir münasibətdə olmadığım adamlarla bir yerdə hallandırılmasına dair istənilən fikir və iddialar böhtan atmaq və məqsədyönlü şəkildə mənim nüfuzumu ləkələmək kimi dəyərləndiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05