Neft Emalı Zavodunda zəhərlənən fəhlələrin adları açıqlandı
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən APA-ya verilən məlumata görə, zəhərlənən fəhlələr 23 yaşlı Nofəl Qədirov, 25 yaşlı Xaqani Əhmədov və 55 yaşlı Vəli Qibləliyevdir. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, bu gün saat 15:00 radələrində Heydər Əliyev adına Bakı Neft Emal Zavodunun 4-cü sexində qaz çənində təmizləmə işləri aparan üç fəhlə qazdan huşunu itirərək çənin içinə düşüb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

545