Ev sahibi ilə dalaşan kirayənişin özünü öldürdü
Yevlax rayonunda ev sahibi ilə kirayənişin arasındakı mübahisə intiharla nəticələnib. Rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, iki tərəf arasındakı mübahisə ev yiyəsinin kirayədə qalan şəxsdən evdən çıxmasını istəməsi üstündə baş verib.
Belə ki, Yevlax şəhəri, Həzi Aslanov küçəsi, 103-də ailəsi ilə birlikdə kirayədə yaşayan 42 yaşlı Vidadi Yunis oğlu Məmmədovdan evi boşaltmasını tələb edib. Ev sahibi mənzili satacağını bildirib. Bu zaman kirayənişinlə ev sahibi arasında mübahisə düşüb. Həmin vaxt sərxoş olan Vidadi Məmmədov əsəbiləşərək bıçaqla özünün qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurub.
Yaralı halda xəstəxanaya yerləşdirilib müayinə olunan Vidadi Məmmədov xəstəxanada keçinib.
Vüqar Baba

551