Rüşvət almağa cəhd edən 8 nəfər polisdən xaric olunub
Azərbaycanda vətəndaşlardan rüşvət almağa cəhd göstərdiklərinə görə, 8 polis əməkdaşı ötən il daxili işlər orqanlarından xaric olunub.
Trend News-un məlumatına görə, bu barədə hökumətin ötən ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
Yeddi fakt üzrə aparılmış yoxlamalar nəticəsində rüşvət almağa cəhd etdiyi üçün iki polis əməkdaşı tutduğu vəzifədən azad olunub.
2008-ci ildə əvvəlki illə müqayisədə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 19,3 faiz, o cümlədən insan hüquq və azadlıqlarının pozulması halları 23,6 faiz azalıb.
Fəaliyyətlərində yol verdikləri kobud pozuntulara görə, daxili işlər orqanlarında xidmətdən xaric edilənlərin sayı 35,2 faiz azalaraq 164 nəfər təşkil edib.
Hesabatda qeyd olunur ki, ötən il Ali Məhkəmədə korrupsiya cinayətləri ilə bağlı 48 nəfər haqqında 33 cinayət işinə baxılıb.
Qeyd olunan cinayət işləri üzrə apellyasiya instansiya məhkəmələrinin 38 nəfər haqqında qərarları qüvvədə saxlanılıb, 6 nəfər haqqında dəyişdirilib, 4 nəfər haqqında isə qərarlar ləğv edilməklə təkrar apellyasiya baxışına qaytarılıb.
Ümumilikdə ötən il ərzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 121 nəfər barəsində 70 cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün məhkəməyə göndərilib. Bu işlərdən üçü rüşvət, 12-si vəzifəli şəxslərin vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, 55-i talama və digər faktlarla əlaqədar olub.

1049