Lerikdə dayısından hamilə olduğunu deyən qız öldürüldü
16 fevral 2009 16:35 (UTC +04:00)

Lerikdə dayısından hamilə olduğunu deyən qız öldürüldü

22 yaşlı qızı şikayət etdiyi dayısı qətlə yetirib

Bu gün səhər saatlarında Lerik rayonunda qətl hadisəsi baş verib.
Lerik rayon prokuroru Salman Səmədov APA-nın cənub bürosuna bildirib ki, hadisə bu gün saat 8.15 radələrində rayonun Zeynəko kəndinin meşə massivində baş verib. Kənd sakini Cəsarət Məmmədkərim oğlu Rəhimov bacısı qızı, 1987-ci il təvəllüdlü Kamilə Nəriman qızı Hüseynovanı bıçaqla və ağacla müxtəlif bədən xəsarətləri yetirməklə öldürüb.

S. Səmədov deyib ki, öldürülən şəxs ötən həftənin şənbə günü prokurorluğa ərizə ilə müraciət edərək dayısı ilə intim münasibətdə olması və ondan uşaq gözləməsi barədə məlumat verib. Prokurorluq K. Hüseynovanın Lənkəran rayonuna tibbi ekspertizaya göndərilməsini məqsədəuyğun sayıb. Bununla bağlı K. Hüseynovanın özünə də məlumat verilib və ona bazar ertəsi prokurorluğa gəlmək tapşırılıb.

Məlumata görə, K. Hüseynova əmisi ilə birgə prokurorluğa gəlmək istəyərkən C. Rəhimov bundan xəbər tutaraq, onu qətlə yetirib. C. Rəhimov həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1822

Oxşar yazılar