Məscidə edilən silahlı basqının təşkilatçısı tutuldu
06 sentyabr 2010 10:18 (UTC +04:00)

Məscidə edilən silahlı basqının təşkilatçısı tutuldu

Bu barədə APA-ya açıqlamasında Lənkəran rayon Polis Şöbəsinin rəis müavini Cavid Ağayev məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində məscidin qarşısına toplaşmış dinc sakinlərə odlu silahdan atəş açan Arif Feyzullayev tutularaq istintaqa təhvil verilib. Hadisənin digər iştirakçıları, Masallı rayon sakinləri Zamin Sadıqov, Elvin Mirzəyev, Orxan Dəyyazov, Sadiq Həsənov və Lənkəran rayon sakini Emin Bəşirovun axtarışı isə davam etdirilir.


Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisə iştirakçılarından ikisi - Masallı sakinləri Ramil İlham oğlu Hümbətov və Emin Bağırov saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar

Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın  ələ keçirildi

Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi

24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar

Mehdiabadda "Opel"i oğurladılar

24 may 2025 , 16:56
Azərbaycanda tələbə faciəvi şəkildə  öldü

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

24 may 2025 , 16:18
Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

24 may 2025 , 15:54
Abşeronda evdən 10 minlik  OĞURLUQ

Abşeronda evdən 10 minlik OĞURLUQ

24 may 2025 , 14:51