Bakıda qətl hadisəsi baş verib
Bakıda qətl hadisəsi törədilib.
Bu barədə Lent.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Maştağa qəsəbəsi sakini 1976-cı il təvəllüdlü Rəsul Babayev münaqişə zəminində qonşusu 1986-cı il təvəllüdlü Həmidağa Quliyevi bıçaqlayaraq öldürüb. Daha sonra onun cəsədini Samur-Abşeron kanalına atıb.
Aparılan istintaqla müəyyən olunub ki, Həmidağa Quliyev ticarətlə məşğul olan Rəsul Babayevi hədələyərək dəfələrlə pul tələb edib. Bundan bezən R.Babayev avqustun 3-də H.Quliyevin hədələrinə dözməyərək onu üstündə gəzdirdiyi bıçaqla vurub.
R.Babayev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Fərid Əkbərov

Oxşar yazılar

Sabirabadda iki avtomobil toqquşdu, 3 nəfər öldü
26 iyun 2025 , 08:20
Dönərdən zəhərlənənlərin sayı 36-ya çatdı - YENİLƏNİB 7
26 iyun 2025 , 08:06
Sabirabadda kişi həyat yoldaşını və gəlinini bıçaqladı
26 iyun 2025 , 05:46
"TIR" daş yüklü avtomobilə çırpıldı
26 iyun 2025 , 01:51
Tovuzdakı zəhərlənmə ilə bağlı araşdırma başladı
25 iyun 2025 , 20:58
Bakıda müəmmalı ölüm - Araşdırma BAŞLANDI
25 iyun 2025 , 19:33
Göygöl rayonunda gənc oğlan göldə boğuldu
25 iyun 2025 , 18:58