“Orqan mafiyası” ilə bağlı şok məlumatlar
Ukrayna mətbuatı: Azərbaycanda qanunvericilik dəyişdirildiyindən son bir neçə qanunsuz böyrək köçürmə əməliyyatı Ekvador və Ukraynada aparılıb
“Qara transplantoloqlar” əksər əməliyyatı Azərbaycanda həyata keçirib.
APA-nın Ukraynanın “Faktı i kommentarii” portalına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer bildirib.
Portalın yazdığına görə, Ukraynada yalnız meyitlərdən və yaxın qohumlardan böyrək köçürülməsinə icazə verilir. Ona görə də əməliyyatların əksəriyyəti Azərbaycanda aparılıb. Lakin bu yaxınlarda Azərbaycanda qanunvericilik dəyişdirildiyindən son bir neçə qanunsuz əməliyyat Ekvadorda, bir neçə əməliyyat isə Ukraynada edilib. Bunun üçün donor və resipiyentlərə saxta qohumluq sənədləri düzəldilib. Bu cinayətkar qrupun təşkilatçılığı ilə onlarla donor əməliyyat edilib, daha çox sayda insan isə əməliyyata hazırlanıb.
Kiyevdəki Şalimov adına klinikada yeni əməliyyata hazırlıq zamanı qrupun üzvləri saxlanılıb, eyni vaxtda ölkənin bir neçə regionunda 15 axtarış aparılıb, təşkilatçı və qrupun 4 üzvü həbs olunub, digərlərinin hələlik ölkədən çıxışına qadağa qoyulub. Həkimlər şahid qismində dindirilirlər, onların da yaxın vaxtlarda həbs olunacaqları istisna deyil.
Donorlardan biri, İsrail vətəndaşına öz böyrəyini vermiş Mərkəzi Ukraynanın iri şəhərlərindən birində yaşayan 30 yaşlı İqor bildirib ki, onu Bakıda əməliyyat ediblər: “Bizi Bakıda maşın qarşıladı və şəhərin mərkəzində yerləşən klinikaya gətirdilər. Palatalarımız açıq idi, dəhlizə çıxa bilirdik, amma mərtəbəni tərk edə bilməzdik. Vaxt yetişəndə mənimlə Kiyevdən gələn həkimlər mənə narkoz verdilər. Oyanandan sonra kürəyimdə çapıq gördüm”.
Əməliyyat olunan Vera adlı bir qadın isə bildirib ki, o və əri öz böyrəklərini satıblar. “Ərimi Bakıda əməliyyat etdilər, onun çapığı səliqəlidir, məni isə Şalimov adına klinikada əməliyyat ediblər, çapığım çox eybəcərdir”, - deyə Vera vurğulayıb.
Qeyd edək ki, Ukrayna DİN-in Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Y. Kuçer bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Ukraynada insan orqanlarının satışı və “qara transplantologiya” ilə məşğul olan transmilli qrupun ifşa olunduğunu bildirib. Onun Ukrayna və İsrail vətəndaşlarının daxil olduğu mütəşəkkil cinayətkar qrupa İsrail vətəndaşı başçılıq edib. Cinayətkarlar uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarını əla alaraq Azərbaycan və Ekvadora aparıb, sonradan transplantasiya etmək üçün orada onların daxili orqanlarını çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçiriblər. Əsasən İsraildən olan varlı resipiyentlər əməliyyat üçün 100-200 min ABŞ dolları ödəyiblər. Həkimlər isə bu əməliyyat üçün 15-20 min ABŞ dolları alıblar. Departament rəhbəri onu da bildirib ki, bu cinayətkar fəaliyyətə Kiyevin Şalimov adına klinikasının 4 həkimi cəlb olunub.
İnternet vasitəsilə bu işə cəlb edilən insanların əksəriyyəti 18-25 yaşında gənclər olub, onlara 10 min ABŞ dolları müqabilində böyrəklərini satmaq təklif edilirmiş. Faktla bağlı insan alveri maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq zamanı həkimlərin evlərində axtarış aparılıb, evlərdən birində 200 min ABŞ dolları aşkarlanıb. İşlə bağlı 12 Ukrayna vətəndaşı saxlanılıb. Həbs olunanlar arasında digər ölkələrin vətəndaşları da var.

361