Hərbi hissədə törədilən qətliamla bağlı məhkəmə başladı
13 avqust 2010 13:45 (UTC +04:00)

Hərbi hissədə törədilən qətliamla bağlı məhkəmə başladı

Avqustun 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Daşkəsən rayonunda hərbi hissədə baş vermiş qətliamla bağlı cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



Lent.az-ın məlumatına görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən iclasda
təqsirləndirilən hərbi qulluqçular-Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazman oğlunun cinayət işi üzrə məhkəmə baxışı avqustun 26-nə təyin olunub.


Qeyd edək ki, bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verən silahlı insident zamanı zabitlər - divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Quliyev qətlə yetirilib.


Mayor Vaqif Babayev və müddətdən artıq hərbi xidmətdə olan Samir Abbasov isə yaralanıb.

Hadisəni törətmiş əsgərlər Bakının Yasamal rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Elxan Əzizov və Nəsimi rayon Hərbi Komissarlığından hərbis xidmətə çağrılmış Sadiq Məmmədov ölüblər.


Bu iş üzrə hərbi hissənin zabitləri Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazman oğlu cinayət məsuliyyətinə cəlb ediliblər.


Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (eyni əməllər təkrar törədildikdə), 341-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 331-ci (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və .s maddələri ilə ittiham olunurlar.


Fərid ƏKbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar