Ər arvadını, arvad ərini doğrayıb soyuducuya yığdı
Türkiyədə ər-arvad mübahisələri ölümlə nəticələnib
Türkiyədə bir həftə içində ailə münaqişəsi zəminində 3 dəhşətli cinayət törədilib. Bunların ikisində həyat yoldaşları tərəfindən öldürülən şəxslər daha sonra doğranaraq soyuducuya qoyulub. Bir yerdə isə ər arvadını balkondan aşağı atıb.
İstanbulda doğranılaraq parçalara ayrıldıqdan sonra soyuducuya yerləşdirilmiş bir qadın cəsədi tapılıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, həmin şəxsin 61 yaşlı Neşide Dırmıkçı olduğu müəyyənləşib. Onun 5 ay əvvəl elektrikli mişarla doğrandığı üzə çıxıb.
Qonşular blokdan pis qoxu gəldiyindən polisə müraciət ediblər. Əraziyə gələn polis qoxu gələn evin qapısını qırıb içəri keçdikdən sonra cinayət törədildiyi məlum olub. Qonşulardan məlumat alan polis qadınla birlikdə yaşayan “Burhan” kod adlı kişini kafedə yaxalayıb.
Məlum olub ki, 10 ildir, birlikdə yaşayan cütlük arasında tez-tez mübahisə düşürmüş. Sonuncu belə mübahisə zamanı – 5 ay əvvəl “Burhan” Naşide Dırmıkçnı başına gül vazasını vuraraq yaralayıb. Qonşular qadının harada olduğunu soruşanda isə tətilə getdiyini bildirib və meyitin olduğu evdə normal həyatına davam edib.
Digər oxşar hadisə isə Muğla vilayətində qeydə alınıb. Burada isə əksinə, qadın kişini doğrayaraq soyuducuya qoyub. Qadının əsəb gərginliyi keçirərək xəstəxanaya getməsi nəticəsində hadisə ortaya çıxıb.
Bir neçə gün öncə 35 yaşlı Gülərlə əri Cengiz Akbaş arasında mübahisə düşüb. Ər-arvad arasındakı dava qadının kişini öldürməsi ilə nəticələnib. Bir neçə gün hadisəni gizli saxlayan qadın əsəb gərginliyi səbəbi ilə getdiyi xəstəxanada olanları qardaşına danışıb.
Hadisə yerinə gedən 6 hissəyə parçalanaraq soyuducuya qoyulmuş cəsəd tapıblar. Hadisənin onların övladları olan 3 uşağın gözü qarşısında baş verdiyi bildirilir.
Ər arvadını 10-cu mərtəbədən atdı
Ölkənin Mərsin vilayətində də ər-arvad mübahisəsi ölümlə nəticələnib. 45 yaşındakı Orçan Yaraş arvadı, 41 yaşlı Nuray Yaraşı yaşadıqları 10-cu mərtəbədən aşağı ataraq öldürüb. Hadisədən 5 dəqiqə əvvəl cütlüyün dalaşdığı binanın təhlükəsizlik kameralarına düşüb. Kameralara həmçinin hadisəni törədən kişinin qaçması da düşüb.
Hadisə cütlüyün 19 yaşlı qızlarının gözü qarşısında baş verib. Dalaşdıqdan sonra qadın balkona çıxıb ki, sakitləşsin. Onun ardınca çıxan kişi isə Nuray Yaraşın ayaqlarından qaldıraraq aşağı atıb. Ər-arvadın bir neçə gün öncə dava etdikləri üçün polisə ifadə verdikləri bilinir.

524