Narkotik vasitə becərən Gəncə sakini tutulub
Onun həyətindən 80-ə yaxın marixuana kolu və 50 kq qurudulmuş marixuana tapılıb
Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik vasitə olan marixuananı yetişdirən şəxs saxlanıb. Gəncə şəhər Polis şöbəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, Gəncə şəhər Şota Rustaveli küçəsi ev 61-də yaşayan, 1976-cı ildə anadan olmuş Məmmədov Xudayar Həmid oğlu həyətyanı sahəsində marixuana becərirmiş.
Aparılan uğurlu əməliyyat zamanı Xudayar Məmmədovun evinin həyətindən 80 yaxın, hər biri 3 metr hündürlüyündə marixuana kolları aşkar edilib. Bundan başqa, köməkçi tikilidən 50 kq qurudulmuş marixuana götürülüb.
Xudayar Məmmədov əvvəllər 2 dəfə məhkum olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Vüsalə Cənnətova

414