Partiya sədrinin qardaşı oğlu özünü öldürdü
11 avqust 2010 14:15 (UTC +04:00)

Partiya sədrinin qardaşı oğlu özünü öldürdü

Sabir Tanrıverdiyevin qohumu damarlarını kəsib



Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.


Hadisə bu gün saat 04.30 radələrində, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9, mənzil 24-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Coşqun Tarverdiyev qollarını doğrayıb. Vena damarlarının kəsilməsi nəticəsində çoxlu qan itirən C. Tarverdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik dəqiq məlumat verilməsə də, onun intihar etməzdən əvvəl ailəsində münaqişə baş verdiyi bildirilib.

Məlumata görə, intihar edən C. Tarverdiyev Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, iş adamı Sabir Tarverdiyevin qardaşı oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar