Yasamalda qətl törədildi
Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Lent.az-a Yasamal Rayon Prokurorluğundan bildirilib. Avqustun 10-da saat 22:00 radələrində rayonun Zərdabi küçəsi 89 saylı binanın qarşısında çoxsaylı bıçaq xəsarəti almış 30-35 yaşlı kişi tapılıb. Yaralı vəziyyətdə Respublika Klinki Xəstəxanasına çatdırılan həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Hazırda mərhumun şəxsiyyəti və qətlin kim tərəfindən törədilməsi müəyyənləşdirilir.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 120.-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Fərid Əkbərov
423