Kəlbəcərli məcburi köçkün Bakıda intihar edib
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Lent.az-a rayon Prokurorluğundan bildirilib. Avqustun 10-da saat 10:00 radələrində rayonun Naximov küçəsi 59 ünvanında yaşayan Kəlbəcər rayonundan məcburi köçkün olan 1956-cı il təvəllüdlü Nəcəfov Rəfail Əli oğlu yaşadığı evin damında özünü kəndirlə asaraq intihar edib. Mərhumun uzun müddətdir, işsiz olduğu bildirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Fərid ƏKbərov

340