Ramiz Tağıyevin bacısı oğlu məhkəmədə ittihamları qəbul etməyib
Avqustun 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda və bir sıra başqa cinayətlərdə təqsirləndirilən “Millətim” qəzetinin təsisçisi Ramiz Tağıyev və onun bacısı oğlu Akif Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Akif Səfərov ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini söyləyib: “Məni 2009-cu ilin noyabrın 19-da Cinayət Məcəlləsinin 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddəsi ilə ittiham edərək tutublar. İstintaq vaxtı çoxlu sənədə qol çəkdiriblər. Öz hüquqlarımı bilmədiyimə görə nə sənəd verirdilərsə, qol çəkirdim. Sonra bildim ki, məni dayım Ramiz Tağıyevin qəzetdə yazdıqlarına görə tutublar. İstintaq vaxtı məni dayımın üzünə durmağa məcbur ediblər. Mənim heç nədən xəbərim olmayıb”.
Proses avqustun 18-də Ramiz Tağıyevin ifadəsi ilə davam etdiriləcək.
İttihama görə, Ramiz Tağıyev və Arif Cəfərov dələduzluqda və qanunsuz ticarətlə məşğul olaraq dinləmə cihazlarının ölkəyə gətirilməsinə yardımçı olmaqda ittiham olunurlar.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2-ci (qanunsuz sahibkarlıq), 192.3-cü (qanunsuz sahibkarlıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə təqsirləndirilirlər.
Fərid Əkbərov

484