Bəstəkar Oqtay Kazımi vəfat edib
Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Kazımi avqustun 9-da saat 20 radələrində öz evində dünyasını dəyişib. Bu barədə Lent.az-a bəstəkarın ailəsinə yaxın mənbə məlumat verib.
Qeyd edək ki, 78 yaşlı bəstəkar uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. Dünən isə onun səhhəti ağırlaşmışdı.
Oqtay Kazımi 1932-ci il dekabrın 27-də Astarada anadan olub.
Bəstəkar Oqtay Kazımov Kazimi ömrünün 50 illiyini Azərbaycan musiqisinin inkişafına həsr edərək onun zənginləşməsinə böyük töhfələr verib.
Onun xalq çalğı alətləri üçün konsertləri, Heydər Əliyevə həsr etdiyi (“Millətin oyaq gecəsi”) vokal simfonik poeması, “Qarabağ rapsodiyası”, Təntənəli uvertüraları, 60 qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri, (Akademik dram teatrında səhnəyə qoyulmuş “Büllur sarayda” “Qılınc və Qələm”, “Fitnə”, “Ümid”, “Ədirnə Fəthi” vəs.), Rus dram teatrında səhnələşdirilmiş “Şeyx Sənan”, Kamera teatrında səhnəyə qoyulmuş “İtlər”, Musiqili tamaşa teatrında səhnələşdirilmiş (“Qızıl Toy”, “Danabaş kəndinin əhvalatları”, Dəli Dünya”) operettaları, dillər əzbəri olmuş müxtəlif səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı, tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənib.

391