Həmyerlisini öldürən Şəki sakininə 14 il həbs cəzası verildi
Avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmyerlisini öldürməkdə təqsirləndirilən Şəki sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın Məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Etibar Salamzadəyə hökm oxunub. Hökmə əsasən, Etibar Salamzadə 14 il müddətin azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin fevralın 2-də Şəki Şəki şəhər sakini, 1962-ci il təvəllüdlü Etibar Sabir oğlu Salmanzadə həmyerlisi, 1959-cu il təvəllüdlü Paşayev Tehran Ağakişi oğlunu çoxsaylı bıçaq zərbəsiylə öldürüb. O, qətli törətdikdən sonra hadisə yerindən qaçıb. Şəki RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Etibar Salamzadə yaxalanaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Etibar Salamzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

314