Daşkəsəndəki qətllə bağlı rəsmi məlumat yayıldı
Ailə münaqişəsi zəminindəki mübahisə nəticəsində oğul qatil olub
Avqustun 8-də Daşkəsən rayonunda ata ilə oğulun mübahisəsi ayın 9-da ölümlə nəticələnib. Lent.az-ın Respublika Baş Prokurorluğunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zivlən kənd sakini 16 yaşlı Arzu Məmmədov atası 54 yaşlı Yaşar Məmmədovu öldürüb.
Məlumata əsasən Arzu Məmmədov ilə atası Yaşar Məmmədov arasında məişət zəminində mübahisə olub. Oğul ailə üzvlərinin gözü qarşısında bellə atasının başına 2 dəfə zərbə endirib. Yaşar Məmmədov səhəri gün yaşadığı evdə keçinib.
Cinayətin törədilməsində şübhəli bilinən Arzu Məmmədov avqustun 9-da tutulub və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.
Vüqar Baba

297