Göyçay sakini qayınatasını öldürüb
09 avqust 2010 16:00 (UTC +04:00)

Göyçay sakini qayınatasını öldürüb

Göyçay rayonunda avqustun 7-də törədilən qətl hadisəsinin üstü açılıb.


APA-nın yerli bürosunun xəbərinə görə, Bığır kənd sakini, fermer Fuad İsmayılovun Qarabaqqal kəndindəki mal-qara təsərrüfatında çoban işləyən Oğuz rayon sakini, 1961-ci il təvəllüdlü İsmayılov Rza Valeh oğlunun öz kürəkəni tərəfindən öldürüldüyü məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, çobanı öz kürəkəni, Ağdaş rayonunun Ləki qəsəbə sakini 1988-ci il təvəllüdlü Bağırov Qalib Asim oğlu öldürüb. O, avqustun 9-da gecə saatlarında tutularaq istintaqa təhvil verilib. Qalib Bağırov izahatında bildirib ki, qayınatası Rza İsmayılovu onun bacısına söydüyü üçün öldürüb.


Qeyd edək ki, boğazından bıçaqla bır neçə xəsarət alan Rza İsmayılov çoxlu qan itirərək dünyasını dəyişib. Onun cəsədi fermanın yaxınlığından tapılıb.


Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar