Masallı qəbiristanlığından körpə qız tapılıb
Yeni doğulmuş qızı quyuya atıblar
Azərbaycanın Masallı rayonunda yeni doğulmuş uşaq tapılıb. Bu barədə APA-nın cənub bürosuna Səhiyyə Nazirliyinin Masallıdakı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Firudin Qəmbərov məlumat verib.
Onun sözlərinə görə, bu gün saat 10.20 radələrində stansiyaya rayonun Şərəfə kəndi ərazisində yerləşən qəbiristanlığa yeni doğulmuş körpənin atılması barədə telefon zəngi daxil olub. Təcili yardım maşını sözügedən ünvana göndərilib. Həkimlər qəbiristanlığın ərazisində iki metrlik quyunun içərisində 1-2 günlük körpə qız uşağı tapıblar.
Ağır vəziyyətdə olan uşaq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində körpənin vəziyyəti sabitləşib. Hazırda normal qida qəbul edən uşağın valideynlərinin tapılması istiqamətində Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

272