Bakı-Moskva-Bakı aviareysləri bərpa olunub
Moskvanın hava məkanında görmə dərəcəsi 100 metr təşkil edir
Rusiyada davam edən meşə yanğınları ilə əlaqədar Moskva hava limanlarının işində yaranmış çətinlik səbəbindən təxirə salınan Bakıdan Moskvaya və əks istiqamətdə həyata keçirilən təyyarə reysləri bərpa olunub.
AZAL-dan APA-ya verilən məlumata görə, bu gün saat 13.00-da və 15.00-da Bakı-Moskva təyyarə reysləri baş tutub. Digər reyslərin də cədvələ uyğun həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Moskva aeroportlarında, o cümlədən Bakıdan reyslərin əsas hissəsini qəbul edən “Domodedovo” hava limanında mürəkkəb vəziyyət yaranıb. Buna səbəb Moskva ətrafında müşahidə olunan meşə yanğınlarından əmələ gəlmiş və bir neçə gündür, şəhəri bürüyən tüstüdür. Problemin nə vaxtadək davam edəcəyi məlum deyil.
Son məlumatlara əsasən, Moskvanın hava məkanında görmə dərəcəsi 100 metr təşkil edir.

407