Saatlıda meyiti tapılan qadının intihar etdiyi ortaya çıxdı
O, qeyri-rəsmi əlaqədə olduğu ferma sahibinin tüfəngi ilə həmin fermada özünü öldürüb
Avqustun 4-də saatlıda meyiti tapılan qadının intihar etdiyi müəyyən edilib. Lent.az-n Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı Xuraman Şəkərəliyeva tüfənglə özünü vurub.
Qadının cəsədi Saatlı rayonunun Nərimankənd kəndi ərazisində, rayon sakini Nazim Əliyevə məxsus fermada tapılıb. Yardımlı rayon sakini olan Xuraman Şəkərəliyeva fermanın sahibi ilə qeyri rəsmi-nikahda olub.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Şəkərəliyevanın özünə qəsd edərək intihar etməsi müəyyən edilib. Hadisə yerindən Nazir Əliyevə məxsus 1 ədəd “TOZ-8” markalı tüfəng götürülüb.
Vüqar Baba

449