Azərbaycan Rusiyaya əlavə qüvvələr göndərə bilər
04 avqust 2010 15:00 (UTC +04:00)

Azərbaycan Rusiyaya əlavə qüvvələr göndərə bilər

Rusiya tərəfdən müraciət olarsa, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bu ölkəyə yanğınlarla mübarizə məqsədi ilə əlavə qüvvələr göndərə bilər.


APA-nın məlumatına görə, bunu Azərbaycan FHN-in Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirib.


FHN-in qonşu dövlətin istəyinə uyğun olaraq canlı qüvvə və texnika göndərmək imkanına malik olduğunu deyən Ə. Qasımov nazirliyin hazırda yanğınsöndürmə əməliyyatlarında istifadə olunan 1 ədəd «Be-200 ÇS» markalı amfibiya təyyarəyə, 4 ədəd Mi-17 və 2 ədəd Ka-32 tipli helikopterə malik olduğunu söyləyib.


Ə.Qasımov onu da vurğulayıb ki, FHN-in Aviasiya Dəstəsi bu günə qədər yalnız ölkə ərazisində yanğınsöndürmə əməliyyatlarına cəlb olunub. Bu gün isə ilk dəfə olaraq ölkə xaricində – Rusiyada meşə yanğınları ilə mübarizə tədbirlərinə qatılır.


Qeyd edək ki, avqustun 3-də Azərbaycan FHN-in 1 ədəd Mi-17-1B və 1 ədəd Ka-32A tipli helikopteri və 19 nəfər heyəti meşə yanğınları ilə mübarizə aparmaq üçün Rusiyanın Voronej və Lipetsk şəhərlərinə yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21