Əri bıçaqladı, polisə “yıxılmışam” dedi
04 avqust 2010 13:00 (UTC +04:00)

Əri bıçaqladı, polisə “yıxılmışam” dedi

Yaralı halda xəstəxanaya yerləşdirilən Bakı sakini bıçaqlandığını gizlətməyə çalışıb


Bakıda iyul ayında bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən qadının yaralanma səbəbi dəqiqləşib. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunun Zığ qəsəbə sakini Gülnarə Cahangirovanı əri bıçaqlayıb.


İyulun 26-da, Gülnarə Cahangirova evindən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilmişdi. O, ilkin izahatında həyətində yıxılaraq xəsarət aldığını bildirmişdi.


Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ona, ailə münaqişəsi zəminində əri Vəli tərəfindən bıçaqla xəsarət yetirilməsi müəyyən edilib. Hadisəni törədən şəxs tutulub.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar