İsmayıllı meşəsindəki qətlin təfərrüatları məlum olub
Şübhəli şəxs qismində saxlanılan şəxs cinayəti etiraf edib
Avqustun 2-də İsmayıllı rayonundakı meşəlikdə törədilən qətlin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Respublika Baş Prokurorluğu özünün rəsmi saytında hadisə ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Sumağallı və Qalacıq kəndlərini birləşdirən yolun kənarında üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə ilə əlaqədar rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
İlkin araşdırmalarla meyitin Sumağallı kənd sakini, 1959-cu il təvəllüdlü Qaytaqov Eldar Məcid oğluna məxsus olması müəyyənləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1972-ci ildə Sumağallı kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı Mirzəyev Hikmət Saday oğlu həmin gün saat 21:00 radələrində Sumağallı kəndi ərazisində tutulub.
H. Mirzəyev şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməklə hadisəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini bildirib. O, ifadəsində avqustun 1-də saat 18:30 radələrində həmkəndliləri və E. Qaytaqovla birlikdə Sumağallı kəndi yaxınlığında Göyçay çayının sahilində meşəlik ərazidə yeyib-içərkən Eldarla aralarında mübahisə baş verdiyini və həmin ərazidən çıxaraq yaşadıqları kəndə tərəf gedən yolun kənarında E. Qaytaqovla rastlaşan zaman çay daşı ilə onun baş nahiyəsindən bir neçə zərbə vurmaqla öldürdüyünü və hadisə yerindən qaçdığını bildirib.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.
Vüqar Baba

423