Qaçaqmalçılıqda təqsirləndirilən biznesmen azadlığa buraxıldı
02 avqust 2010 13:00 (UTC +04:00)

Qaçaqmalçılıqda təqsirləndirilən biznesmen azadlığa buraxıldı

Prokurorun 7 il həbs cəzası istədiyi Rusiyalı iş adamına məhkəmə şərti cəza kəsdi


Avqustun 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tarixi əsər qaçaqmalçılığında təqsirləndirilən rusiyalı iş adamı və Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Rusiya vətəndaşı Xait Mixayıl Borisoviç və Azərbaycan vətəndaşı Nəbizadə Habil Hüseyn oğluna hökm oxunub. Hökmə əsasən, Xait Mixayıl və Nəbizadə Habil şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.



İttihama görə, Xait Mixayıl Borisoviç keçən ilin dekabrında Bakıdan Moskvaya getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında MTN və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindən qiymətli tarixi əşyalar və suvenirlər aşkarlanıb. Aparılan istintaqla müəyyən olunub ki, Hava limanının Dövlət Gömrük Komitəsinin əməkdaşı Habil Nəbizadə də onunla əlbir olub.



Qeyd edək ki, X. Mixayıl Böyük Britaniyanın “Electrik Shipping Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “Elektrik Shipping Azərbaycan” MMC-nin təmsilçisidir.



Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci (Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) və 206.3.3-cü (qaçaqmalçılıq vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham olunublar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333

Oxşar yazılar

Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10