Milli Ordusunun əsgəri vəfat edib
Müdafiə Nazirliyinin Gəncədəki N saylı Hərbi Hissəsinin əsgəri vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, hadisə iyulun 31-də axşam saatlarında qeydə alınıb. Onun sözlərinə görə, 1992-ci il təvəllüdlü əsgər Qasımov Vəfadar Fəxrəddin oğlu kəskin ürək-damar çatışmazlığından (miokardit) ölüb.
Əsgərə ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.
V.Qasımovun bu ilin aprel ayında Bakının Xəzər rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

1233