İranda dalbadal zəlzələlər: azı 274 nəfər yaralanıb
31 iyul 2010 13:00 (UTC +04:00)

İranda dalbadal zəlzələlər: azı 274 nəfər yaralanıb

İranın şimal-şərqində iyulun 30-da baş verən zəlzələnin ardınca, iyulun 31-də ölkənin cənub-şərqində də 5,8 bal gücündə zəlzələ baş verib. Lent.az-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Məlumatda bugünkü zəlzələnin ölkənin Kerman vilayətinin Neqar bölgəsində yerli vaxtla saat 11:22-də baş verdiyi bildirilib. Ölən və yaralananların olub-olmadığı barədə hələ ki, məlumat verilmir.
Bu arada, İranın yarırəsmi İLNA xəbər agentliyi ölkənin şimal şərqində iyulun 30-da baş vermiş 5,7 ballıq zəlzələ zamanı 274 nəfərin yaralandığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265

Oxşar yazılar