Sumqayıt hadisələrinin istintaqı yenilənib
Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq qrupu tərəfindən 27-29 fevral 1988-ci il tarixlərdə Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir. Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş iğtişaşların Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi və bunun üçün dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqının mənfi imicini formalaşdırmaq məqsədilə müəyyən kənar qüvvələr tərəfindən təşkil olunmaqla həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır və bununla əlaqədar sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino və sair materialların istintaqa təqdim edilməsi istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə bilər.
Vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq qrupuna müraciət etmələri xahiş olunur.
İstintaq qrupunun ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, 22. tel.:498-95-36, 440-78-59
Fərid ƏKbərov

297