Rusiyalı biznesmenə Bakıda 7 il həbs cəzası istənildi
İş adamı tarixi əsər qaçaqmalçılığı ilə məşğul olurmuş
İyulun 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tarixi əsər qaçaqmalçılığında təqsirləndirilən rusiyalı iş adamı və Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Rusiya vətəndaşı Xait Mixayıl Borisoviçin 7 il, Azərbaycan vətəndaşı Nəbizadə Habil Hüseyn oğlunun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sabah müdafiə tərinin çıxışları ilə davam etdiriləcək.
İttihama görə, Xait Mixayıl Borisoviç keçən ilin dekabrında Bakıdan Moskvaya getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında MTN və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindən qiymətli tarixi əşyalar və suvenirlər aşkar olunaraq götürülüb. Aparılan istintaqla müəyyən olunub ki, Hava limanının Dövlət Gömrük Komitəsinin əməkdaşı Habil Nəbizadə də onunla əlbir olub.
Qeyd edək ki, X. Mixayıl Böyük Britaniyanın “Electrik Shipping Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “Elektrik Shipping Azərbaycan” MMC-nin təmsilçisidir.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci (Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) və 206.3.3-cü (qaçaqmalçılıq vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham olunublar.
Fərid Əkbərov

371