Gün vuranların sayı 100-ə çatır
Dəniz 22 nəfəri həyatdan məhrum edib
Yay mövsümü başlayandan bu günə qədər Azərbaycan paytaxtında 97 nəfəri gün vurub. Bu barədə Lent.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib.
Onun sözlərinə görə, gün vuranlardan 30 nəfəri xəstəxanalara yerləşdirilib. Rauf Nağıyev gün vurma halından hələlik ölüm halının qeydə alınmadığını da bildirib.
Baş həkimin müavini yay mövsümü başlayandan dənizdə 47 boğulma faktının qeydə alındığını söyləyib. 25 nəfər xilas edilib, 22 nəfər isə həyatını itirib.
Rauf Nağıyev paytaxt sakinlərini isti yay günlərində gün altında çox qalmamağa və ehtiyatlı olmağa çağırır.
Fərid ƏKbərov

312