Azərbaycanda terror hazırlayan dəstə məhkəmə qarşısında
Rusiya və Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil dəstə terror aksiyaları həyata keçirməyi planlaşdırırmış
İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanda partlayışlar törətməyə cəhddə təqsirləndirilən terrorçu dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Azərbaycan vətəndaşları Nuriyev Samir Dadaş oğlu, Muğumov Rafail İbrahim oğlu, Qurbanov Yaşar Spartak oğlu, Namazova Roza Müzəffər qızı, Namazova Xavər Həmzə qızı, Pənahov İsmayıl Novruz oğlu, Pənahova Bella Müzəffər qızı, Rusiya Federasiyasının vətəndaşı Qayrbiyev Elbert Elmirzayeviçin cinayət işi üzrə məhkəmə baxışı avqustun 4-nə təyin olunub.
İttihama görə, dəstə üzvləri Gürcüstan ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları Azərbaycana gətiriblər.
Mütəşəkkil dəstənin rəhbəri, respublikadan kənarda olduğu ehtimal edilən Aqil Namazov 2010-cu il yanvarın 6-da hazırda şəxsiyyəti istintaqla araşdırılan Camal adlı bir nəfər vasitəsi ilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib.
Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova həmin silah-sursatları, həmçinin partlayıcı maddələri qəbul edib özündə saxlamağı tapşırıb. Aqil Namazov bu işin müqabilində Rəfail Muğumova 500 ABŞ dolları verəcəyini əvvəlcədən vəd edib, sonuncu da bu təkliflə razılaşıb.
Rəfail Muğumov əvvəlcədən razılaşdırılan yerdə Camal adlı şəxsdən silah-sursatı və partlayıcı maddələri, eləcə də ona çatası 500 ABŞ dollarını götürüb və həmin silah-sursatı və partlayıcı maddələri Balakən rayonunun Gərəkli kəndindəki evində gizlədib. Sonradan Aqil Namazovun tapşırığı ilə Rəfail Muğumov həmin silah-sursatı və partlayıcı maddələri sərnişin avtobusu ilə Bakı şəhərinə gətirərək Keşlə qəsəbəsində Samir Nuriyevə çatdırıb.
Samir Nuriyev həmin silah-sursatı və partlayıcı maddələri Aqil Namazovun tapşırığı ilə xalası Roza Namazovanın yaşadığı ünvana apararaq ona təhvil verib. Bir müddətdən sonra Aqil Namazovun qayınanası Bella Pənahova və qaynı İsmayıl Pənahov birlikdə, sonuncunun idarə etdiyi avtomaşınla Roza Namazovanın yaşadığı ünvana gedərək silah-sursatı və partlayıcı maddələr olan bağlamanı ondan götürüblər. İsmayıl Pənahov silahları, döyüş sursatını və partlayıcı maddələri anası Bella Pənahova ilə birlikdə, sonuncunun işlədiyi Bakı şəhəri, Xətai rayonunda yerləşən uşaq bağçasının damında gizlədiblər.
Bir müddətdən sonra Bella Pənahova döyüş sursatı, partlayıcı maddə və odlu silahların orada saxlanılmasından ehtiyatlanaraq oğlu İsmayıl Pənahovun vasitəsilə silah-sursatı və partlayıcı maddələri oradan götürərək Aqil Namazovun anası Xavər Namazovaya çatdırıb. Xavər Namazova əvvəlcə həmin silah-sursatın və partlayıcı maddələrin qablaşdırıldığı bağlamanı yaşadığı, Xətai rayonu Babək prospektindəki mənzilinə məxsus bağ sahəsində gizlədib. Sonradan Xavər Namazova silah-sursatın və partlayıcı maddələrin qablaşdırıldığı bağlamanı Xətai rayonunun ərazisində fəaliyyət göstərən, özünün də biologiya fənni üzrə müəllim işlədiyi orta məktəbin həyətinin yanındakı daş qalağının altında gizlədib.
Mütəşəkkil dəstənin üzvləri cinayətkar fəaliyyətlərini davam etdirərək eyni üsulla növbəti dəfə Gürcüstandan Azərbaycana külli miqdarda döyüş sursatı, partlayıcı maddə və odlu silahların qaçaq yolla gətirilməsini planlaşdırıblar. Belə ki, dəstənin rəhbəri Aqil Namazov 2010-cu il yanvarın 15-də yenidən Camal adlı şəxs vasitəsi ilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib. Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova silah-sursatı və partlayıcı maddələri qəbul edərək dəstənin digər üzvü Yaşar Qurbanova çatdırmasını tapşırmışdır. Rəfail Muğumov əvvəlcədən razılaşdırılmış yerdə Camal adlı şəxsdən zəhmət haqqı kimi 200 ABŞ dolları alıb, silah-sursatı və partlayıcı maddələri götürərək Gərəkli kəndindəki evində gizlədib. Sonradan Aqil Namazovun tapşırığına əsasən, Yaşar Qurbanov idarə etdiyi «Mersedes» markalı avtomaşınla Gərəkli kəndinə gedib və Rəfail Muğumovdan partlayıcı maddələri, silah-sursatı təhvil alaraq avtomaşınının yük yerində yerləşdirib Bakı şəhərinə gətirib, bir hissəsini özündə saxlayıb, qalan hissəsini isə Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 4, mənzil 19 ünvanda fəaliyyət göstərən “Salam” Çeçen Əllilər Cəmiyyətinin sədri Elbert Qayrbiyevə çatdırıb.
2010-cu il martın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstənin üzvləri yaxalanıblar. Onların Bakıda yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı çoxlu sayda silah sursat aşkar edilərək götürülüb.
İstintaq zamanı təqsirləndirilən şəxs Rafail Muğumov ifadə verərək göstərib ki, iki ildən artıq dostluq etdiyi Aqil Namazov dəfələrlə ona Azərbaycan Respublikasında cihad etmək və insanların kütləvi toplaşdığı yerlərdə partlayışlar törətmək niyyətində olduğunu və bu terrorçuluq aksiyalarının həyata keçirilməsi məqsədilə artıq müəyyən hazırlıq işlərinin görüldüyünü bildirib.
Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən silah qaçaqmalçılığı), 228.3 və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və s. maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

548