Ramiz Tağıyevin məhkəməsi başladı
O, ittihamları qəbul eləmir
İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda və bir sıra başqa cinayətlərdə təqsirləndirilən “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev və onun bacısı oğlu Akif Cəfərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramiz Tağıyev və Akif Cəfərov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
İttihama görə, Ramiz Tağıyev və Arif Cəfərov dələduzluqda və qanunsuz ticarətlə məşğul olaraq dinləmə cihazlarının ölkəyə gətirilməsinə yardımçı olmaqda ittiham olunurlar.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2-ci (qanunsuz sahibkarlıq), 192.3-cü (qanunsuz sahibkarlıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə təqsirləndirilirlər.
Fərid Əkbərov

741