Ermənistan Sambo Federasiyasından Azərbaycana başsağlığı
Ermənistan Sambo Federasiyasının sədri Levon Hayrapetyan Azərbaycan Sambo Federasiyasının sədri Ceyhun Məmmədova azərbaycanlı idmançı Mikayıl Orucovun həlak olması ilə bağlı başsağlığı verib. Lent.az-ın xəbərinə görə, bununla bağlı “news.am” saytı məlumat yayıb.
Başsağlığı teleqrafında “Ermənistan Sambo Federasiyası Mikayılın ailəsinə, dostlarına, Azərbaycanın Sambo üzrə Milli komandasına, məşqçilərinə və bütün idman ictimaiyyətinə başsağlığını bildirir” – deyə, qeyd olunub.
Qeyd edək ki, Azərbaycan samboçusu, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı 18 yaşlı Mikayıl Orucov Gürcüstanda göldə çimərkən boğulub.
M.Orucov qonşu ölkəyə hansısa turnirdə iştirak etmək üçün deyil, Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə yollanmışdı.
Pərvin ABBASOV

438