Masaj salonunda qətl törədən şəxslər tutulub
Bakıda masaj salonunda bir mühafizəçisini öldürüb, digərini ağır yaralayan şəxslər tutulub.
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi – 1978-ci il təvəllüdlü Sadiq Əsgərov və 1983-cü il təvəllüdlü Orxan Hümbətəliyev saxlanılıblar. Onlardan cinayətdə istifadə olunan bıçaq və qanlı paltarlar maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum cinayət hadisəsi iyulun 26-dan 27-nə keçən gecə Dərnəgül qəsəbəsində yerləşən masaj salonlarından birində qeydə alınıb. Üç naməlum şəxs salonda mühafizəçi işləyən “Riad” Mühafizə Xidmətinin əməkdaşları, 1980-ci il təvəllüdlü Elşad Qasımovu və Fuad Ələkbərovu bıçaqlayıblar. E. Qasımov aldığı 4 bıçaq zərbəsindən yerindəcə keçinib. Digər mühafizəçi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

634