Daşkəsəndəki hərbi hissədə baş vermiş qətliamla bağlı istintaq yekunlaşıb
Daşkəsən rayonunda hərbi hissədə baş vermiş qətliamla bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə Lent.az-a Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən məlumat verilib. Məlumatda bildirilib ki, cinayət işi baxılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verən silahlı insident zamanı zabitlər - divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Quliyev qətlə yetirilib.
Mayor Vaqif Babayev və müddətdən artıq hərbi xidmətdə olan Samir Abbasov isə yaralanıb.
Hadisəni törətmiş əsgərlər Bakının Yasamal rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Elxan Əzizov və Nəsimi rayon Hərbi Komissarlığından hərbis xidmətə çağrılmış Sadiq Məmmədov ölüb.
Bu iş üzrə hərbi hissənin zabitləri Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazma oğlu cinayət məsuliyyətinə cəlb edilib.
Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (eyni əməllər təkrar törədildikdə), 341-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 331-ci (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və .s maddələri ilə ittiham olunurlar
Fərid ƏKbərov

540