Ağcabədidə iş adamına sui-qəsddə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu
İyulun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Ağcabədi rayonunun Polis Şöbəsinin istintaq bölməsinin sabiq rəisi İbrahim Ağamirovun, Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri Bulud Quliyevin, Ağcabədi rayon sakinləri Şahbaz Cəlilovun, Ələkbər Ələkbərovun və Elçin Orucovun cinayət işləri üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Şahbaz Cəlilov 4 il, Cəlilov Elçin 2 il, Ələkbər Ələkbərov 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Bulud Quliyev və İbrahim Ağamirov isə hər biri 3 il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, Ağcabədi rayon polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru Ağamirov İbrahim Miriş oğlu, Ağcabədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Quliyev Bulud İnqilab oğlu, rayon sakinləri Cəlilov Şahbaz İsmayıl oğlu və Ələkbərov Ələkbər Rövşən oğlu və Elçin Cəlilov bu ilin aprel-may aylarında rayonun Aşağı Avşar kənd sakini Rüstəmov Füzuli Yəhya oğluna ziyan vurmaq məqsədilə ona məxsus əmlakı yandırmaq və partlatmaq yolu ilə məhv etməyə cəhd göstərib və onun qəsdən öldürülməsi üçün hazırlıq işləri görüblər. İstintaq müəyyən olunub ki, İ. Ağamirov ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Füzuli Rüstəmovla ondan qisas almaq niyyəti ilə ticarətçinin rayonda yerləşən “Yəhya-Petrol” yanacaqdoldurma məntəqəsini yandırmaq və partlatmaq, bundan sonra isə onu öldürmək qərarına gəlib.
O, bu məqsədlə tanışı Bulud Quliyevə yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı, daha sonra isə Füzuli Rüstəmovu öldürməyi sifariş verib. B. Quliyev sifarişin icrası üçün tanışı, qəsdən adamöldürmə cinayəti törətdiyinə görə əvvəllər məhkum olunmuş Şahbaz Cəlilov ilə Bakı şəhərində görüşərək yanacaqdoldurma məntəqəsini partlatmağı və qətli törətməyi ona tapşırıb və bunun müqabilində 3 min, qətl üçün isə 10 min ABŞ dolları verəcəyini vəd edib. Ş. Cəlilov tanışı, əvvəllər məhkum olunmuş Ələkbər Ələkbərova həmin cinayətkar razılaşma barədə bildirib və bu cinayətin müqabilində onlara ödəniləcək 3 min ABŞ dollarından minini özünə götürəcəyini, 2 min ABŞ dollarını isə ona verəcəyini vəd edib. Quliyev və Ələkbərov qeyd olunan yanacaq doldurma məntəqəsinin mayın 2-də gecə saat 01:03 radələrində yandırılması və partladılması barədə razılaşıblar. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin qarşısı vaxtında alınıb, cinayət törətmək istəyən şəxslər yaxalanıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 28,120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə hazırlıq), 28,120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə hazırlıq), 29,186.2.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd) və 29,186.2.2-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd) maddələri ilə ittiham olunublar.
Fərid ƏKbərov

632