“Azəri-Şah” MMC-də insan orqanizmi üçün təhlükəli duz istehsal olunur
26 iyul 2010 10:15 (UTC +04:00)

“Azəri-Şah” MMC-də insan orqanizmi üçün təhlükəli duz istehsal olunur

Dövlət Komitəsi müəssisədə yoxlama zamanı ciddi pozuntular müəyyən edib


Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Azəri-Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan araşdırma zamanı Masazır qəsəbəsi ərazisində mövcud olan duz gölündən tədarük edilmiş 2 ton duz aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, müəyyən olunub ki, yodlaşdırılmış duz istehsalı üçün lazımi şərait olmadığı halda tədarük edilən duz sexdə emal olunaraq qablaşdırılır.


Qeyd edək ki, mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Eyni zamanda kalsium (Ca), maqnezium (Mg), sulfat ionlarının dəmir-oksidin (FeO) və natrium-xloridin (NaCl) kütlə payı vaxtaşırı, 7 gündə bir dəfədən az olmayaraq təyin edilməlidir. Lakin müəssisədə bütün bunların təyin edilməsi üçün laboratoriya mövcud olmayıb və sadalananlara əməl olunmadan məhsulun qablaşdırılaraq satışa çıxardılması məlum olub.


Bundan başqa, ticarət şəbəkəsindən götürülmüş “Azəri-Şah” MMC-nin istehsalı olan duz nümunəsinin üzərində saxlama müddəti 1 il qeyd olunub. Halbuki yodlaşdırılmış duz üçün mövcud olan standart AZS 280-2007 üzrə məhsulun saxlanılma müddəti 9 ay nəzərdə tutulub. Həmçinin markalanmada qüvvədə olmayan normativ sənədə TŞ Az 00900003-17-2003 istinad olunaraq hazırlandığı qeyd edilib.


Müəssisədə araşdırma davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56