İtaliyanı şoka salan olay
“Mavi rahiblərin gecə həyatı”
İtaliyada çıxan “Panarama” adlı siyasi jurnalın son buraxılışında ölkəni şoka salan bir məlumat yayılıb. Lent.az-ın “DHA”-ya istinadən verdiyi məlumata görə, Vatikan kilsəsinin homoseksual rahiblərindən bəhs edən reportajda onların gündəlik həyatı və öz həmcinsləri ilə cinsi əlaqəyə girməsini əks etdirən görüntülər əks olunub.
“Mavi rahiblərin gecə həyatı” başlığı ilə çıxan jurnalın müxbiri özünü mavi kimi qələmə verərək 20 gün müddətində rahiblərlə bir yerdə kilsədə olub. Bu müddət ərzində o, rahiblərin gecə həyatını öz gizli kamerasının yaddaşına köçürüb.
Müxbir rahiblərin gündüz geyindikləri cübbədən gecə necə sıyrıldıqlarını, homoseksual həyata necə inteqrasiya olunduqlarını yazıb. Jurnal rahiblərin şəxsiyyətlərini deşifrə etməmək üçün onları Paul, Carlo və Luca deyə adlandırıb. Hətta jurnalda həmin rahiblərin Romanın əhəmiyyətli kilsələrində vəzifə yerinə yetirdiklərini və Papa ilə bir yerdə ayinlərə qatıldıqlarını belə iddia edib.
Müxbir mavi rahiblərin gecə əyləncələrinə internetdə yazışaraq tanış olduqları eskort kişilərlə birlikdə qatıldığını və sərhəd tanımayaraq bəzən kilsədə belə cinsi əlaqəyə girdiklərini də yazıb. Jurnal keşişlərin sevişməsini göstərən görüntüləri də nümayiş etdirib. Nümayiş olunan şəkillərdə cinsi əlaqə əsnasında rahib fantaziya üçün cübbəsini də geyir.
Yazıya Vatikan kilsəsindən sərt reaksiya gəlib. Roma Papasının vəkili Kardinal Agostino Vallini, "Kimsə rahiblik etmək məcburiyyətində deyil. Belə şeylər çox kədərlidir. Cübbələrini çıxarıb, gerçək şəxsiyyətlərini açıqlasınlar" deyib.

366