Taksi sürücüsünü öldürən bacı-qardaşın apelyasiya şikayəti təmin olunmadı
Bakı Apelyasiya Məhkəməsində taksi sürücüsünü qətlə yetirməkdə təqsirli bilinən bacı-qardaşın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxslər - Solmaz Rəhimova və Səbuhi Rəhimovun barəsində olan hökmdən verilən apelyasiya şikayətini təmin etməyib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2009-cu il 12 noyabr tarixli hökmü ilə Səbuhi Rəhimov 15 il, Solmaz Rəhimova isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Səbuhi Rəhimov və Solmaz Rəhimova 2008-ci il dekabrın 16-da taksi sürücüsü Aşır Nəsirovu Novxanı bağları massivində qətlə yetiriblər. Onlar Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunublar.
Fərid Əkbərov

382