“Şəmkirli Saşa”nın məhkəməyə gəlməyə fiziki imkanı yoxdur
Sentyabrın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Şəmkirli Saşa” kimi tanınan iş adamı Şahbaz Süleymanova silahlı hücum edən “Qoca” ləqəbli Məmmədov Namiq Hadı oğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Şahbaz Süleymanov fiziki imkanları olmadığından iştirak etməyib. Belə ki, Ş.Süleymanov I qrup əlildir. Onun hər iki ayağı kəsilib. Prosesdə şahid ifadələri dinlənilib.
Təqsirləndirilən Namiq Məmmədov keçən prosesdə olduğu kimi bu prosesdə də ifadə verməyib. O, yalnız şahid ifadələrinə münasibət bildirib.
Proses sentyabrın 14-də davam etdiriləcək.
İttihama görə, 2010-cu il fevral ayının 28-dən martın 1-ə keçən gecə Yasamal rayonu ərazisində, Hüseyn Cavid parkının yaxınlığında “Şəmkirli Saşa” Şahbaz Süleymanov silahlı basqına məruz qalıb. Ş.Süleymanov “Mercedes” markalı avtomobilində olarkən, ona tapançadan atəş açılıb. Lakin güllə ona dəyməyib.
Aparılan istintaqla müəyyən olunub ki, uzun müddət Rusiyada yaşayan Şahbaz Süleymanovla Namiq Məmmədov arasında pul üstündə mübahisə yaranıb. Belə ki, “Şəmkirli Saşa” borc aldığı böyük məbləğdə pulu qaytardıqdan sonra ondan əlavə faiz tələb olunub. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açılıb.
Qeyd edək ki, Namiq Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, satma, saxlama, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunur.
Fərid Əkbərov

1175