Hüquq-mühafizə orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 işinə baxmayıb
Nazirlik 6 ay ərzində 125 akt və protokol tərtib edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi xidməti ərazisində – Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su mühitinin, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində fəaliyyət göstərir, ekoloji problemlərin yaranmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq monitorinq və reydlər keçirir.
Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, cari ilin 6 ayı ərzində şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi araşdırmalar aparılıb və hüquqi-fiziki şəxslər, eləcə də vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə ümumilikdə 125 akt və protokol tərtib edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 91 icrası məcburi olan göstərişlər verilib. 7 iş üzrə 6380 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 18,15 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 70 iş üzrə 48020 manat məbləğində ödəmə tətbiq edilib və ödənilməsi təmin olunub.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işə baxılmayıb, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 4 işdən 2-nə baxılaraq müvafiq tədbir görülüb.
Su ehtiyatlarının mühafizəsi üzrə 5 akt tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 5 icrası məcburi olan göstəriş verilib. İdarə və müəssisələrə 11 iş üzrə 4230 manat məbləğində ödəmə tətbiq edilib və ödənilməsi təmin olunub.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 77 akt tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 67 icrası məcburi olan göstəriş verilib. 21 iş üzrə 34575 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 1 işə baxılmayıb. Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 5 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 2 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 1 iş üzrə 200 manat məbləğində cərimə, 16 iş üzrə 1200 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunub.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 25 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 17 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 3 iş üzrə 1700 manat məbləğində cərimə, 22 iş üzrə 8015 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb.
Fauna və floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunmuş, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 3 iş üzrə 4480 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işə baxılmamış, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 1 işə isə baxılaraq müvafiq tədbirlər görülüb.

494