Oğurluqda və digər ağır cinayətlərdə ittiham olunan dəstə üzvlərinə ağır cəza
20 iyul 2010 11:00 (UTC +04:00)

Oğurluqda və digər ağır cinayətlərdə ittiham olunan dəstə üzvlərinə ağır cəza

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə oğurluqda və digər ağır cinayətlərdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Ruslan Həsənov, Vahab Həsənov, Kamal Cavadov 12 il, Elgün Şirinzadə 10 il və Rusif Şıxıyev isə 9 il müddətinə azadlıqdan məhrum edildilər

İttihama görə, dəstə üzvləri Bakı şəhər sakinləri Ruslan Həsənov, Vahab Həsənov, Kamal Cavadov, Elgün Şirinzadə və Rusif Şıxıyev 2008-2009-cu illərdə Bakıda avtomobillərin qarət edilməsi ilə məşğul olublar. Adıçəkilən şəxslər avtomobil sahiblərini tapança və digər silah qismində istifadə etdikləri əşyalarla hədə-qorxu gələrək soyublar.

Dəstə üzvləri Bakının Əzizbəyov rayon Polis Şöbəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Tural Abbasova məxsus “Hyundai Sonata” markalı avtomaşını da qarət ediblər. Avtomaşının şüşəsini sındırmaq yolu ilə dəstə üzvləri Abbasova məxsus “Makarov” tipli tapançanı və 2 ədəd güllə sandığını oğurlayıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 (mütəşəkkil dəstə tərəfindən oğurluq törətmək), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 232.3.1-ci (mütəşəkkil dəstə tərəfindən odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama), 234-cü (qanunsuz narkotik vasitə saxlama) maddələri ilə ittiham olunublar.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar