Bakıda ər-arvad bir qadını doğrayıb, evlərində basdırıblar
İyun ayında törədilmiş dəhşətli qətlin üstü açılıb
Bakıda iyun ayında baş vermiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, hadisə 20 iyun 2010-cu il tarixdə baş verib. Həmin gün qabaqcadan əlbir olan bir qrup şəxs, yəni 1957-ci il təvəllüdlü Məmmədov Valet Məmməd oğlu qeyri-qəsmi ər-arvad kimi yaşadığı Əliyeva Lalə Qiyas qızı ilə birlikdə yaşadıqları Xəzər rayonu, Albalılıq bağlar massivi, Namazov küçəsi 2, 1566 saylı bağ evində şəxsiyyəti hələlik istintaqa məlum olmayan Səbinə adlı şəxsi öldürüb. Qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə məqsədi ilə L. Əliyeva lezviya ilə Səbinənin boğaz nahiyəsini kəsib, V. Məmmədov isə bıçaqla Səbinəyə bir neçə zərbə endirərək, qəsdən öldürüb. Sonra meyiti həmin evin içərisində çala qazaraq basdırıblar.
İyulun 16-da Xəzər rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə fotoşəkillər çəkilməklə baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb, hadisə yerindən cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı V. Məmmədov və L. Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin olunub. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A. Məmmədov və L. Əliyeva saxlanılıb və onlar dindirilərkən törətdikləri cinayət əməlini tam etiraf ediblər.
Hazırda iş üzrə istintaq Xəzər rayon prokurorluğunda davam etdirilir.
Vüqar Baba

461