Televizora baxmaq üstündə qardaşını öldürən şəxsə 8 il həbs cəzası
İyulun 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Sabirabad rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Mərifət Fərzəliyə hökm oxunub. Hökmə əsasən, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin yanvarın 24-də Sabirabad rayonu Əsədli kənd sakini, 1971-ci il təvəllüdlü Fərzəliyev Sahib Telman oğlu rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Qohumları həkimlərə onun özünə bıçaqla qəsd etdiyini bildiriblər.
Aparılan araşdırmalar zamanı isə müəyyən edilib ki, onu qardaşı televizora baxmaq üstündə yaranmış mübahisə zəminində bıçaqlayıb. M.Fərzəliyev həbs edilib.
Qeyd edək ki, M. Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

353