Bakıda Pakistan vətəndaşı qaçırılıb.
Bu barədə Lent.az-a Xətai rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Pivə küçəsi ev 51-də kirayənişin yaşayan, 1987-ci ildə Pakistanın Lahor şəhərində anadan olmuş İcaz Əhməd Yasamal rayonu ərazisində banklardan birindən pul çıxarandan sonra naməlum şəxslər tərəfindən maşına mindirilərək qaçırılıb.
Bu barədə onunla bir yerdə yaşayan həmyerlisi Ali Şarafat Muhəmməd Ramazan oğlu 34-cü Polis bölməsinə müraciət edib. O, İ.Əhmədin ona qaçırılması haqqında mesaj yazdığını bildirib.
Bu gün səhər saatlarında İ. Əhməd azad olunub.
Qeyd edək ki, İcaz Əhməd Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
Fərid Əkbərov

415