7 aylıq qızını satan anaya 8 il həbs cəzası
Mayın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverində təqsirləndirilən Bakı şəhəri sakinləri Dadixa Elman, Fruhidə İlham və Zülfiyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, F.İlham 8 il 6 ay, D.Elman və Z.Hüseynova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2009-cu il iyunun 6-da təqsirləndirilənlər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Stansiyasının ərazisində Z.Hüseynovanın 7 aylıq qızını 6400 manata satarkən tutulublar.
Qeyd edək ki, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.3-cü (i yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri etmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri etmək) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

368